Ağdamda gənclərlə yaşlı nəslin nümayəndələri arasında görüş keçirilib

Ağdamda gənclərlə yaşlı nəslin nümayəndələri arasında görüş keçirilib

Bu günkü gənclərin içtimai davranışları, tutduqları vəzifələr, vətəndaşlıq borcları və hazırda həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edən yaşlı adamlar və ağsaqqallar yetişməkdə olan gənclərə tövsiyyələr verib, onların öhdələrinə düşən məsuliyyətin ağırlığından söz açıblar.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, daha çox vətənpərvərlik və dövlətçilik mövzusunu əhatə edən görüşdə, Müstəqil Azərbaycanın inkişafı yolunda gənc nəslin rolunu yüksək qiymətləndirən ağsaqqallar bu cür tədbirlərin çoxluğuna ehtiyac olduğunu da dilə gətiriblər. Gənclər isə öz növbələrində yaşlı adamların təcrübə və dünya görüşlərindən bəhrələnməyi vacib sayırlar.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə