İqtisadi və biznes sahəsində çalışan gənclərə hansı yeniliklər tətbiq olunacaq - ARAŞDIRMA
Bu gün ölkənin iqtisadi və biznes sahəsində çalışanların böyük əksəriyyəti gənclərdir. Gənclərin biznes sahəsindəki rolunu daha da artırmaq üçün bir sıra yeniliklər tətbiq olunacaq. SİA-nın xəbərinə görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev deyir ki, artıq gənclər yüksək menecment, şirkət rəhbəri olaraq kimi ölkədə təmsil olunur. İldən-ilə bu sayın artmaqda olduğunu deyən İ.Babayev qeyd edib ki, dır. dövlət tərəfindən də bu inkişafa münbit şərait yaradılıb: "Biz də gənclər siyasəti sahəsində çalışırıq ki, sahibkarlıqla məşğuk olmaq istəyən gənclərə əlavə biliklər verək. Bu günə kimi müxtəlif təlim kursları keçirilib, sahibkarlığın başlaması üçün ilk atılmalı olan addımlar, qanunvericilik, ilkin kapitalın formalaşması və digər məsələlər gənclər arasında təbliğ olunur. Bu əsələlərdə eyni zamanda, dünyada tətbiq olunan təcrübədən də istifadə etmək lazımdır. Belə uğurlu layihələrə Azərbaycanın iqtisadi prizmasından baxaraq hansısa beynəlxalq modeli götürüb hansısa ölkədə tətbiq etmək asan məsələ deyil və bu çox zaman mümkün deyil. Çünki hər ölkənin öz marağı, iqtisadi startegiyası var. Amma beynəlxalq təcrübədən yararlanmaq lazımdır".
Nazir müavini qeyd edib ki, ali təhsil müəssisələrinin bazalarında eksprimental olaraq müxtəlif texnologiyalarla bağlı, biznes və digər istiqamətli inkubatorlar fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, bunun nəticəsində ölkədəki inkubatorların sayı artacaq və fəaliyyəti genişlənəcək. Bu inkubatorların fəaliyyətə başlaması üçün konkret zamanın göstərilmədiyini deyən nazir müavini qeyd edib ki, bunlar artıq Azərbaycanda var və bu istiqamətdə ilk addımlar atılır: "Bizim istəyimiz odur ki, yeni iqtisadi forma olan bu şəbəkə daha da genişlənsin və daha əhatəli olsun. Gələcəkdə nəinki Bakı şəhərini, Azərbaycanın digər şəhər və rayonlarını da əhatə edə bilsin. İlkin olaraq dövlət proqramına uyğun olaraq bu təhsil müəssisələrinin bazasında yaranacaq"
İntiqam Babayev vurğulayıb ki, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında əks olunan bəndlərin icrası üçün hər il üçün konkret maliyyə vəsaiti ayrılıb. Onun sözlərinə görə, qarşıdakı 4 ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına 80 mln. manat vəsait ayrılacaq: "Bu çərçivədə biliklərin artırılması, təcrübələrin bölüşdürülməsi, biznes mühitinin yaradılması, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Vəsaitin ayrılması 2012-ci ildən başlanacaq. Birinci il, növbəti il üçün proqramın icrasına 20 mln. manat ayrılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB