ekabrın 17-si Dənizkənarı Bulvar İdraəsində karusel və atraksionlar uşaqlar üçün növbəti dəfə pulsuz olacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun SİA-ya verdiyi xəbərə görə, pulsuz aksiya şənbə günü səhər saat 09:00-dan 13:00-dək davam edəcək. Onun sözlərinə görə, bu müddətdə uşaqlar bulvardakı atraksionlardan pulsuz və ödənişsiz istifadə edə biləcəklər.
Qeyd edək ki, ilk dəfə belə pulsuz aksiya iyunun 1-də başlayıb. Bundan sonra, hər ayda bir və ya iki dəfə belə aksiyalar təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB