Ağdamda cəbhə xəttinə yaxın yerləşən əkin sahələrində gəmiricilər çoxalıb. Sürətlə artan siçanlar təmas xəttinə yaxın yerləşən kəndlərdə əkin sahələrini məhv edir.Sümbülqıran və gödək quyruq kimi tanınan boz və qara siçan növləri əkin sahələrini viran qoyur. Təsərrüfata ziyan vuraraq kəndlini təşvişə salan ziyanvericilərin qarşısını almaq getdikcə mümkünsüz hal alır. Əkin sahələrinin yarıdan çoxuna taxıl və yonca əkən kəndlilər məhsulun tamamilə məhv olmasından qorxur.
Bu il havaların yağmurlu keçməsi isə zərərvericilərin daha da sürətlə çoxalmasına səbəb olub. Artıq siçanlar əkin sahələrindən çıxıb evlərə də hücum çəkir. İndi qonşu rayonları da bu təhlükə gözləyir.
Sürətlə çoxalan siçan sürülərinə artıq rayonun bütün kəndlərində rast gəlmək mümkündür. Kəndlilər hesab edirlər ki, vaxtında lazımi tədbir görülməzsə, təsərrüfata çəkilən zəhmət hədər gedəcək.
Məsələ ilə bağlı Ağdam rayon icra hakimiyətindən bildirdilər ki, vəziyyətdən xəbərdardılar. Rayonun Bitki və Mühafizə İdarəsi ziyan vericiləri məhv etmək üçün lazım olan dərman preparatlarını gətirib. Bu yaxınlarda preparatlar Bələdiyələrə paylanacaq ki, əkin sahələrində dərmanla işi aparılsın.
Mütəxəsislər isə hesab edir ki bir cüt siçanın il ərzində 5 minə qədər arta bilməsini nəzərə alsaq, hesab etmək olar ki, gələn il rayon ərazisində hər bir kvadrat metrə 25-30 yuva düşəcək. Bu da o deməkdir ki, kəndli əkdiyini biçə bilməyəcək.
Odur ki Azərbaycan Kənd Təsərrüfatı Nazirliyini vaxtında zəruri addım atmalıdır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB