Bakıda 2500-dən çox pirat disk məhv edilib

Bakıda 2500-dən çox pirat disk məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı 2590 ədəd pirat CD və DVD-lər aşkar edilib. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, disklər qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Məlumata görə, pirat CD və DVD-lər Polad Quliyevə, Eldar Allahverdiyevə, Vladimir Mixaylova, Mehman Novruzova və Rauf Nəcəfova məxsus mağazalardan götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə