Beyləqanda heyvandarlıq sərgisi keçirilib

Beyləqanda heyvandarlıq sərgisi keçirilib

Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün həyata keçirilən elmi konfrans və heyvanların sərgisi Beyləqanda yeni yaradılan kənd təsərrüfatı məhsullarının satış mərkəzində baş tutub. SİA-nın Qarabağ bürosunun vediyi xəbərə görə, 100 nəfərdən çox sahibkar və kənd təsərrüfatı işçilərinin qatıldığı tədbirdə əsasən heyvandarlığın inkişaf yolları müzakirə olunub.

Sərgidə nümayiş olunan bütün heyvanlar süni mayalanma yolu ilə yetişdirilib.Sərgidə əsas məqsəd heyvanların cins tərkibinin, sağlamlığının və yemlənməsinin daha yaxşı təşkilini nümayiş etdirməkdir.

Sərgidə fermerlərə suni mayalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, bu yolla bölgədə heyvandarlığı daha yaxşı inkişaf etdirmək olar.

Sərgi iştirakçıları dövlət və özəl sektordan olan süni mayalandırma texnikləri ilə ünsiyyət quraraq onların iş prinsipi ilə və texniki avadanlıqlara eləcədə yem istehsallarının məhsulu ilə yaxından tanış olublar.

Qeyd edək ki, sonda süni mayalandırma yolu ilə əldə edilmiş ən yaxşı heyvan sahiblərinə fəxri fərmanlar və mükafatlar verilib.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə