“Tariximizi öyrənək” devizi ilə aksiyaya başlanır

“Tariximizi öyrənək” devizi ilə aksiyaya başlanır

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası "Tariximizi öyrənək" devizi ilə aksiyaya başlayır. Bu barədə SİA-ya açıqlamasında AJQA-nın sədri Sevil Yusifova deyib. O bildirib ki, aksiyalar Beynəlxalq Mətbuat mərkəzi ilə birgə təşkil olunur. S.Yusifovanın sözlərinə görə, dekabrın 16-dan start götürəcək aksiyada jurnalistlər üçün tarixçilər tərəfindən master-klasslar keçiriləcək.

"İlk master-klassın aparıcısı tarix elmləri üzrə magistr Tariyel Faziloğlu olacaq. Master-klassın mövzusu "Milli kimliyimiz"dir. Sonrakı master-klassların mövzusu iştirakçı jurnalistlərin istəyinə əsasən müəyyənləşəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə