Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti dekabrın 13-16-da Bakıda keçirilən "Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri" adlı beynəlxalq konfransın rəsmi tərəfdaşı seçilib.
Şirkətdən SİA-ya verilən məlumata görə, konfransın əsas məqsədi Azərbaycanda gənc sahibkarları dəstəkləmək məqsədilə gənc biznes inkubatorların yaradılması üzrə beynəlxalq təcrübəni bölüşməkdir.
"Mobile Monday" (MoMo) Bakı layihəsinin bir hissəsi olan konfrans "Bakcell" və "Alcatel-Lucent" şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycan Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzi (XİM) tərəfindən keçirilir.
Konfransda MoMo-nun Almaniya, Polşa, Bolqarıstan, Rumıniya, Çernoqoriya, Ukrayna, Belarus və digər ölkələrdən olan nümayəndələri də iştirak edirlər. Konfrans həmçinin Dünya Bankının "InfoDev" layihəsi, ECAbit (Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsi) və "Mobile Monday" Beynəlxalq Şəbəkəsi tərəfindən dəstəklənir.
Konfrans çərçivəsində həmçinin ilk MoMo Bakı görüşü təşkil olunacaq. Görüşdə yerli İKT şirkətlərinin nümayəndələri, gənc developerlər və bloqqerlər, müxtəlif ölkələrdən MoMo nümayəndələri də iştirak edəcəklər.
Qeyd edək ki, Helsinkidə (Finlandiya) 2000-ci ildə yaradılmış MoMo şəbəkəsi mobil rabitə sənayesinin əsas təmsilçiləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər səlahiyyətli insanlar arasında əməkdaşlıq və biznes imkanları yaradan açıq cəmiyyət platformasıdır. Bakı dünya üzrə MoMo şəbəkəsinə qoşulmuş 123-cü şəhərdir. Azərbaycanda MoMo-nun əsas vəzifəsi yerli və dünya mobil bazarındakı ən son texnologiyaların köməyi ilə ölkənin mobil sektorunda innovasiyaların tətbiq edilməsini və müasir texnologiyalar vasitəsilə yeni layihələrin həyata keçirilməsini təşviq etməkdir. Hər ayın bir bazar ertəsi günü mobil operatorların nümayəndələri, İKT şirkətləri və mobil texnologiyalar üzrə gənc mütəxəssislər qeyri-rəsmi şəraitdə bir araya gələrək, mobil bazardakı ən qabaqcıl trendlər, tədqiqatlar və inkişaf proqnozları ətrafında fikir mübadiləsi aparacaq və ən son mobil texnologiyalardan istifadə etməklə yeni layihələrin yaradılması imkanlarını araşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



