20-ci əsrin əvvəllərində inşa etdirdilən və hazırda təmir olunan Səadət sarayı bu ilin sonunda, və ya 2012-ci ilin yanvar ayında yenidən istifadəyə veriləcək. SİA-nın verdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazirin sözlərinə görə, Səadət sarayının təmiri üçün 36 milyon manat ayrılıb, amma həmin vəsaitin bir hissəsi vergiyə cəlb olunub. Qeyd edək ki, Səadət sarayının təmiri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılır və bərpa işlərinə İtaliya və Serbiyadan olan mütəxəssislər cəlb edilib. Sarayın zədələnməməsi üçün fasad əl üsulu ilə təmizlənir. İşıqlandırma məqsədilə burada 240 ədəd xüsusi çıraqdan istifadə olunacaq. Binanın qış bağı və rəqs zalı müxtəlif çiçəklər və dekorativ bitkilərlə bəzədiləcək. Su kəməri və kanalizasiya sistemi tamamilə yenilənib. Bina isə bütünlüklə kompüterləşdirilir. Qeyd edək ki, uzun illərdir Səadət sarayı kimi fəaliyyət göstərən bu bina vaxtilə milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza Turqanovaya hədiyyəsi olub. Həyat yoldaşının Venesiyadakı saraya heyranlığını görən Murtuza Muxtarov Bakıda da belə bir binanın inşasına qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB