Zahid Oruc magistrlara möhlət hüququnun verilməsinin vacib olduğunu düşünür

Zahid Oruc magistrlara möhlət hüququnun verilməsinin vacib olduğunu düşünür

Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.


SİA-nın xəbərinə görə, parlament sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, qanun layihəsi 9 fəsil və 54 maddədən ibarətdir.


\"Magistrlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, çağırış kampaniyalarının sayının 4-dən 2-yə endirilməsinə dair məsələlər qanunda yer almayıb\",- deyən Z. Əsgərov yeni qanunda hərbi vəzifəlilərin ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılmasına dair müddəaların yer aldığını diqqətə çatdırıb.

Millət vəkili Zahid Oruc qanun layihəsinin Rusiyanın eyniadlı sənədindən faydalandığı deyib, eyni zamanda magistrlara möhlət hüququnun verilməsinin vacibliyinə toxunub.

Qüdrət Həsənquliyev da magistraturaya daxil olanların hərbi xidmətə çağırılmamasının tərəfdarı olduğunu söyləyib.


Deputatlar Qənirə Paşayeva Aydın Mirzəzadə, Elmira Axundova, Mübariz Qurbanlı, Tahir Rzayev Çingiz Qənizadə, Aqiyə Naxçıvanlı və digərləri qanun layihəsi barədə öz fikir və təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com