Azad Rəhimov “Jurnalistlər üçün qış məktəbi” layihəsində iştirak edən media nümayəndələrinə sertifikatlar verib

Azad Rəhimov “Jurnalistlər üçün qış məktəbi” layihəsində iştirak edən media nümayəndələrinə sertifikatlar verib
Gənclər və idman naziri Azad Rəhimov bu gün İsmayıllı rayonunda təşkil olunan "Jurnalistlər üçün qış məktəbi" layihəsində iştirak edən media nümayəndələrini qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə A.Rəhimov bildirib ki, nazirlik jurnalistlərlə əməkdaşlığa hər zaman hazırdır və belə məktəblər bundan sonra da təşkil olunacaq. "Jurnalistikanın inkişafı və dünya standartlarına cavab verəcək səviyyəyə gəlməsi üçün Gənclər və İdman Nazirliyi əlindən gələni edəcək. Gələcəkdə ölkənin müxtəlif rejionlarında eləcə də ölkədən kənar bir sıra dövlətlərin mediya qurumlarına jurnalistlər üçün turlar təşkil etmək daha səmərəli olar". Nazir "qış məktəbi"ndə iştirak edən jurnalistlərə sertifikatlar verib. Sonda Azad Rəhimov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə