Azad Rəhimov: “Eurovision-2012”nin keçirilməsi üçün alternativ variant Tofiq Bəhramov adına Respublika Stadionu ola bilər”

Azad Rəhimov: “Eurovision-2012”nin keçirilməsi üçün alternativ variant Tofiq Bəhramov adına Respublika Stadionu ola bilər”
"Eurovision-2012" müsabiqəsinin keçiriləcəyi yer hələ təsdiq olunmayıb. SİA-nın verdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazirin fikirincə yarışmanın hazırda Bayraq Meydanında tikilən "Kristal Palace"-da keçirilməsi arzu olunandır: "Azərbaycan möhtəşəm ölkədir, beynəlxalq tədbirlərin də ən yüksək səviyyədə keçirilməsində maraqlıdır. Odur ki, Avropa ictimaiyyətini uzun illər əvvəl tikilən Heydər Əliyev adına İdman Konsert Kompleksində qarşılamaq yaxşı hal olmazdı. Ora köhnədir və standartlara cavab vermir". A. Rəhimov onu da qeyd edib ki, alternativ variant kimi Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı şəkildə yenidən qurulur: "Stadionun dünya standartlarına uyğun şəkildə hazırlanması Azərbaycan üçün böyük uğurdur. "Eurovision" iki həftə davam edəcək. Amma bu stadion ömürlük Azərbaycanda qalacaq. "Kristal Palace"-da isə vəziyyət hazırda bildiyiniz kimidir. Yer müəyyənləşib, ilkin bəndlər birləşdirilib. Amma hələ ki, yer tam hazır deyil. İnanıram ki, az vaxt qalmasına baxmayaraq, "Kristal Palace" hazır olacaq və biz Avropanı təəccübləndirə biləcəyik. Azərbaycan bununla da dünyada birinci olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə