Elmir Vəlizadə: \"Əhalinin 30 faizini təşkil edən gənclər İKT-nin inkişafında da aparıcı qüvvədir\"

Elmir Vəlizadə: \"Əhalinin 30 faizini təşkil edən gənclər İKT-nin inkişafında da aparıcı qüvvədir\"

Bu gün ölkə əhalisinin 30 faizini gənclər təşkil edir. İKT-nin inkişafında aparıcı qüvvə gənc nəsildir. SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, tələbə qəbulunda açıqlanan statistikaya əsasən, son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali məktəblərə qəbul olanların sayı xeyli artıb.

Onun sözlərinə görə, həmin abituriyentlər İT sahəsində bilik səviyyəsinin yüksək göstəricilərini nümayiş etdirirlər. E.Vəlizadə qeyd edib ki, ölkə daxilində təhsil almaqla yanaşı, azərbaycanlı tələbələr göstərilən sahədə xaricdə də təhsil alırlar.

"Nazirlik Azərfon mobil rabitə operatoru ilə birgə artıq Future Lab layihəsini reallaşdırır ki, onun əsas məqsədi gənclərin və gənc sahibkarların təşəkkül tapmasına yardım edən bisnes inkubatorlarının formalaşmasıdır. 2011-ci ildə ölkədə yaradılan İKT Sənaye Assosiasiyası da bisnes inkubatorlarının formalaşmasına kömək edəcək. Bu assosiasiyada bir çox fəaliyyət istiqamətləri mövcuddur. Onlardan biri yeni başlayan sahibkarlara dəstəkdir", - deyə E. Vəlizadə vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə