Qədir Rüstəmovun səhhətində irəliləyiş yoxdur

Qədir Rüstəmovun səhhətində irəliləyiş yoxdur

\"Qədir Rüstəmovun səhhətində heç bir dəyişiklik yoxdur. O, hələ də koma vəziyyətindədir. Müalicəsi olduğu kimi davam etdirilir\". Bunu SİA-ya xalq artistinin müalicə olunduğu İstanbulun Acıbadəm xəstəxanasının həkimi məlumat verib.


Həyat yoldaşı Fatma Rüstəmovanın isə yerli mətbuata verdiyi məlumata görə, Qədir Rüstəmovdan ikinci dəfə ilik analizi götürülüb: "Birinci analizdə Herpe virusu aşkarlanmışdı. Amma bu dəfə analizin nəticələri təmiz çıxdı. Herpes virusu aşkarlanmadı. Xərçəngin əlamətləri, hansısa infeksiya yoxdur. Buna baxmayaraq, vəziyyəti dəyişmir, elə əvvəlki kimidir. Beyni ölməyib, sağdır, amma şüur yoxdu".


Qeyd edək ki, Q. Rüstəmov oktyabrın 19-dan İstanbulun Acıbadem Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə