Milli Məclis normadan artıq yük daşıyan yük maşınıarına cəza qaydalarını sərtləşdirdi
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, məcəlləyə əlavə edilmiş 163-1 maddəsi iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə bağlıdır.Dəyişikliklərə əsasən hüquqi şəxslərə məxsus olan iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə, vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək.
Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB