Məktəb bufetlərində vəziyyət necədir? FOTOFAKT

Məktəb bufetlərində vəziyyət necədir? FOTOFAKT

Məktəb bufetlərində bu gün saqqızdan tutmuş müxtəlif şirniyyat, konfet, şokolad, içkilər, çipsin, \"suxarı\" bir sözlə marketlərdə satışa çıxarılan bütün qida növlərinə rast gəlmək mümkündür. Ancaq onların keyfiyyəti çox vaxt mübahisə obyekti olduğundan məktəblilər məktəbə evdən yemək aparmağa üstünlük verirlər.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirdi ki, məktəb bufetlərinin daima nəzarətdə saxlanılır: \"Məktəb bufetlərində mütəmadi olaraq monitorinq aparılır. Oranın sanitar və texniki vəziyyəti yoxlanılır. 2011-2012 dərs ilində qida zəhərlənməsi halı qeydə alınmayıb. Bufetlərdə keçirilən sonuncu monitorinq zamanı sanitar-gigiyena vəziyyətinin normaya cavab verdiyini müəyyən etdik. Məktəb həkimləri tərəfindən gər gün bufetlərə nəzarət olunur. Qeyd edim ki, məktəb bufetlərində ancaq hazır məhsulların satışına icazə verilir. Bufetlərdə monitorinq 2012-ci ildə də davam etdiriləcək".


Bütün xəbərlər Facebook səhifəmizdə