İnternet vasitəsilə evə telefon çəkdirmək mümkün olacaq

İnternet vasitəsilə evə telefon çəkdirmək mümkün olacaq

Evinə telefon çəkdirmək istəyənlərin işi xeyli asanlaşacaq. Belə ki, telefon çəkdirmək istəyən vətəndaşlar bunun üçün saatlarla vaxt itirməkdən azad olacaqlar. Onlar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin portalına daxil olmaqla yaşadığı ünvan üzrə aidiyyəti qovşağı seçib elektron ərizəni doldurub, plastik kartla elektron ödəniş edəcəklər. Sifariş verildikdən sonra zəruri tədbirlər görüləcək və vətəndaşın evinə telefon çəkiləcək.


Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, hazırda bu layihə üzərində iş gedir və tezliklə telefon çəkilişi prosesinin elektronlaşdırılması reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə