Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 13-də axşam buludluluğun artacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, dekabrın 13-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Dekabrın 13-dən 15-dək Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB