Azərbaycanın xarici işlər naziri ABŞ Müdafiə Nazirliyinin nəqliyyat komandanını qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Müdafiə Nazirliyinin nəqliyyat komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər, əməkdaşlıq perspektivləri və Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov Əfqanıstanda sülh və sabitliyin bərqərar olunmasının Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə eyni zamanda, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB