“İnşaatçılar” və “Ulduz” metrostansiyalarının adı dəyişdiriləcək

“İnşaatçılar” və “Ulduz” metrostansiyalarının adı dəyişdiriləcək

Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyası ilə yanaşı daha bir necə stansiyanın adının dəyişdirilməsi məsələsi gündəmdədir. Bakı Metropolitendən SİA-ya verilən məlumata görə, "İnşaatçılar" stansiyasının adının "Yasamal" adı ilə əvəzlənməsi gözlənilir. Bununla belə "Ulduz" stansiyasının da adının dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə Bakı Metropoliteni tərəfindən təklif verilib. Stansiyaların adlarının dəyişdirilməsi isə Milli Məclis yanında Toponimiya komissiyasının qərarından asılıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə