Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin əsgəri dünyasını dəyişib

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin əsgəri dünyasını dəyişib
Azərbaycan Ordusunun əsgəri vəfat edib. SİA-nın verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində qeydə alınıb. Hərbi Dəniz Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Afiq Alı oğlu Əhmədov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, A.Əhmədov 2010-cu ildə Qazax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidməti də təstiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə