Yanukoviç Timoşenkonun ölməsini istəyir

Yanukoviç Timoşenkonun ölməsini istəyir

Ukraynanın dövlət başçısı Viktor Yanukoviç keçmiş baş nazir Yuliya Timoşenkonun ölməsini istəyib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Ukraynada nəşr olunan Kommersant qəzetində Yulya Timoşenkonun vəkili Sergey VlasenkoYuliya Timoşenkonun həyatından narahatlıq ifadə etdiyini bildirirək deyib ki; "Yanukoviç Timoşenkonun nə həbsdə nə də çöldə canlı qalmasını istəyir". Qeyd edək ki, Timoşenko 2009-cu ildə Rusiya ilə bağlanılan təbii qaz razılaşmasında səlahiyyətindən sui-istifadə edərək 7 il həbs cəzasına məhkum olunmuşdu.


Bütün xəbərlər Facebook səhifəmizdə