Qənirə Paşayevanın Facebook sosial şəbəkədə rəsmi səhifəsi növbəti dəfə dağıdılıb

Qənirə Paşayevanın Facebook sosial şəbəkədə rəsmi səhifəsi növbəti dəfə dağıdılıb
Millət vəkili Qənirə Paşayevanın Facebook sosial şəbəkədə rəsmi səhifəsi növbəti dəfə dağıdılıb. SİA-nın məlumatına görə, bu gün səhər saat 7.26-da onun Facebook akauntuna kənar müdaxilə olub, akauntun parolu dəyişdirilib (bu haqda elektron poçta məktub gəlib), sonra isə elektron poçt ünvanı dəyişdirilib (onu [email protected] ilə əvəz ediblər). Bundan sonra isə millət vəkilinin Facebook-dakı rəsmi səhifəsi tamamilə dağıdılıb. Qeyd edək ki, bu, Q.Paşayevanın səhifəsi üçüncü dəfədir hakerlər tərəfindən hücuma məruz qalır. "Artıq bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib və məsələ araşdırılır"-deyə deputat bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə