Türkiyədə millət vəkili vəfat etdi

Türkiyədə millət vəkili vəfat etdi

Türkiyədə keçmiş Turizm naziri Əhməd Lütfkarlıq Krımlı vəfat edib. SİA-nın xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) məlumatında Krımlı üçün sabah Məclisdə mərasim təşkil ediləcək. Onun cənazəsi isə dekabrın 14-də Başçeşmə qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, 1920-ci ildə Balıkesirdə dünyaya gələn Krımlı İstanbul tibb fakültəsini bitirib. Daha sonralar Turizm nazirliyi vəzifəsində çalışan Krımlı 1961-1977-ci illərdə Balıkesirdən millət vəkili seçilib.


Bütün xəbərlər Facebook səhifəmizdə