Bərdədə yol polisləri yük maşınlarına qarşı reyd keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, polisin keçirdiyi reyd zamanı yük daşınma qaydalarına əməl etməyən çoxlu sayda avtomobillər saxlanıb. Son vaxtlar normadan artıq yük aparan avtomobillərə qarşı tədbirlər gücləndirilib.
Həmçinin rayonlarda da yol polisləri bu istiqamətdə reydlərə başlayıb.Yük avtomobilləri ilə bağlı aparılan reydlər zamanı məlum oldu ki, standartlara uyğun olmadan maşınlara normadan artıq yük vurulur. Həmin avtomobillərin yükü boşaldılaraq normaya uyğun yüklənib və sərbəst buraxılıb. Bəzi avtomobillər isə bu günə qədər texniki baxışdan keçməyib.
Qeyd edək ki, rayonda normadan artıq yük daşıyan sürücülərə qarşı reydlər davam etdirilir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB