Suriyanın İordaniyadakı səfirliyinə hücum olub. SİA-nın \"France-Presse\" agentliyinə istinadən verdiyi məlumata görə, 10-dək insan səfirliyin binasına soxulub. Onların qarşısını kəsməyə çalışan mühafizəçilər döyülüblər. Səfirin müavini, konsul və digər diplomatlar da hücuma məruz qalıblar. Hücumda iştirak etmiş 8 nəfər saxlanılıb. İordaniya hökuməti hələ ki, məsələyə münasibət bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə