“Xaçmaz” REŞ-də sistem əhəmiyyətli tədbirlər həyata keçirilib

“Xaçmaz” REŞ-də sistem əhəmiyyətli tədbirlər həyata keçirilib

"Qusar", "Xaçmaz", "Quba", "Siyəzən" və "Şabran" elektrik şəbəkələrini (EŞ) əlaqələndirən "Xaçmaz Regional Elektrik Şəbəkəsi"nin (REŞ) balans mənsubiyyətinə aid olan enerji obyektlərində son aylarda xeyli sistem əhəmiyyətli tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 6 kV-lik hava elektrik verilişi xətlərində (HEVX) həyata keçirilmiş yenidənqurma və təmir işləri ilə əlaqədar 110 ədəd dayaq yenisi ilə əvəz edilib, 45 ədədinə isə artırma əlavə edilib.

Eyni zamanda 7,5 kilometr naqil və 650 ədəd izolyator yenisi ilə əvəz edilib. Bütün bunlarla yanaşı, sözügedən gərginlikli HEVX-də 370 ədəd dayaq təmir edilib. 110 kV-lik "Xudat" yarımstansiyasında 10 MVA transformatorun təmirə çıxarılması ilə əlaqədar yükün bərabər paylanması və avadanlıqların ifrat yüklənməsinin qarşısının alınması məqsədilə 1 saylı 6,3 MVA-lıq transformator 16 MVA-lıqla əvəz olunub. 110 kV-lik "Xaçmaz" yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri aparılıb. Qeyd edək ki, təmir işləri transformator və komplekt transformator məntəqələrindən (TM və KTM) də yan keçməyib. Belə ki, 10 kV-lik "Şəhər" HX-dən çıxan 0,4 kV-lik iki xətdə ümumilikdə 44 dayaq quraşdırılıb. Eyni zamanda şəbəkənin balansında olan 205 ədəd KTM-in güc transformatorlarına, 110 və 35 kV-lik yarımstansiyalarda çıxış fiderlərinin yağ açarlarına xeyli miqdarda yağ əlavə edilib, 70-dən artıq açar təmir olunub. Qayakənd kəndində bir ədəd KTM quraşdırılıb, 124 ədəd KTM təmir olunub, ümumi gücü 1,1 MVA olan 7 ədəd transformator əsaslı təmir edilib. Bundan başqa, 10, 6 və 0,4 KV-lik HX-lərin ümumilikdə 380 kilometrdən artıq hissəsində cari təmir işləri də həyata keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə