Yeni ildən Masazırda məcburi köçkünlər üçün binanın inşasına başlanılacaq
2012-ci ildən Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahəsində tikinti işlərinə başlanılacaq.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun SİA-ya verdiyi məlumata görə, sözügedən ərazidə ayrılan torpaq sahəsində tikiləcək binalarla bağlı lahiyəndirmə işləri aparılır.
Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına əsasən ilkin mərhələdə Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. Bu mərhələdə 210 ailənin köçürülməsi nəzərdə tutulub. Daha sonra paytaxt ərazisində yerləşən 2 yataqxananın köçürülməsi planlaşdırılır. Dövlət Proqramında olan əlavələrə əsasən Təhsil Nazirliyinin və onun müəssisələrinin balansında olan bütün yataqxanalar köçürüləcək. Ümumilikdə respublika ərazisində məcburi köçkünlərin məskunlaşdığı bütün yataqxanalar boşaldılacaq. 2012-2015-ci illər ərzində bu istiqamətdə işlər gücləndiriləcək və respublika ərazisində olan bütün yataqxanalar boşaldılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB