Nobel mükafatçısı xanım Azərbaycanda

Nobel mükafatçısı xanım Azərbaycanda
Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən "Yaşıl texnologiyalar həftəsi"nin açılış mərasimi keçirilib.SİA-nın verdiyi məlumata görə, həftənin açılış mərasimində, həmçinin, 2009-cu il Nobel mükafatçısı, 2006-cı ildən Volf mükafatı, 2008-ci ildə YUNESKO–nun "Elmdə qadın" nominasiyasında LOREAL mükafatına layiq görülmüş professor Ada Yonatın (İsrail) gənclərlə görüşü təşkil edilib. Professor "Yaşıl texnologiyalar həftəsi" nin açılışına xeyir-dua vermək üçün dəvət olunduğu birgünlük səfərində Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb, gənc alimləri maraqlandıran sualları cavablandırıb. Eyni zamanda, təəssüflə qeyd edib ki, dünya şöhrətli alim Lütfi Zadəni tanımır. Azərbaycanda bu gün start götürən "Yaşıl texnologiyalar həftəsi"nin proqramı çərçivəsində ayın 14-15-də beynəlxalq konfrans keçiriləcək, gənclərin çeşidli aksiyası olacaq. Həftə ərzində həyata keçiriləcək tədbirlərin mahiyyəti "Yaşıl enerji", "Yaşıl tikinti", nanotexnologiya və başqa mövzular üzrə aparılacaq tədbirlərdə göstəriləcək. Xatırladaq ki, həftə Dünya Gənclər Bankının regional ofisinin, Rabitə və İnformasiya Texnologiyaları, Cənclər və İdman nazirliklərinin, Gənclər Təşkilatları Milli Şurasının, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin , "Bakı Gənclər Klubu"nun və "Demokratik İslahatçı Gənclər" dəstəyi ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə