Əli Abbasov: “Telefon danışıqları üçün vaxt hesabı ödəniş zamanın tələbidir”

Əli Abbasov: “Telefon danışıqları üçün vaxt hesabı ödəniş zamanın tələbidir”

Telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zamanın tələbidir. SİA-nın məlumatına görə, bunun rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycandakı bütün telefon şəbəkələri elektron növə keçirilib. Bunun nəticəsi olaraq, telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zəruriliyi yaranır ki, bu gün bu, bütün dünyada baş verir: "Bir telefon xətti üçün daxil olan zənglər üzrə 450 dəqiqə limit nəzərdə tutulub. Lakin gedən zənglər də nəzərə alınarsa, bu ümumilikdə 900 dəqiqə təşkil edir ki, bu da bir telefon xətti üçün o qədər də az deyil. Limitdən yuxarı hər bir əlavə dəqiqə üçün isə 0,01 manat qiymət təklif olunur".

Hazırda Azərbaycanda təxminən 30-40 internet-provayder fəaliyyət göstərdiyini deyən nazir bildirib ki, buda ölkədə fəaliyyət göstərən internet-provayderlərin sayı çoxluğuna dəlalət edir: "Lakin provayderlərin fəaliyyəti üçün lisenziya tələb olunmadığı üçün, onların dəqiq sayı məlum deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə