Məzahir Pənahov Rusiyada Dövlət Dumasına keçriilən seçkilərə münasibət bildirib

Məzahir Pənahov Rusiyada Dövlət Dumasına keçriilən seçkilərə münasibət bildirib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiyada Dövlət Dumasına keçriilən seçkilərə münasibət bildirib. SİA-nın xəbərinə görə, M.Pənahov jurnalistlərə açıqlamasında seçkilərdə ciddi qanun pozuntusunun olmadığı qənaətində olduğunu deyib. Onun sözlərinə görə, seçkiləri müşahidə edərkən ciddi qanun pozuntularına rast gəlinməyib.

"Seçkiləri kifayət qədər müşahidəçi izləyib və bu zaman narazılıq bildirən müşahidəçilərə də rast gəlinib. Amma Rusiyada seçkilərin demokratik keçirilməsi üçün bütün addımlar atılıb. Rusiya MSK-sı vətəndaşların Konstitusiya hüquqlarının qorunması üçün bütün şəraiti yaradıb. Müşahidə apardığımız məntəqələrdə təkrar seçkilərin keçirilməsinə ehtiyac yoxdur", - M.Pənahov vurğulayıb.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə