Hüseynqulu Bağırov: \"Xəzər dənizində balıq ovu ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil\" - MÖVQE
Artıq Azərbaycanda meşələrin azalması tendensiyası müşahidə edilmir. SİA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, meşələrin qırılmasının qarşısının alınması üçün Azərbaycanda intensiv səpələnmə aparılır. O bildirib ki, regionlar qazlaşdırıldıqca meşələrin qırılması. alternativ enerji mənbələrinə keçid baş verdikcə, odun tədarükü məqsədilə ağacların kəsilməsi halları azalıb. Nazirin fikrincə, ölkədə süni meşələr salınır, nəticədə ölkədə meşələrin azalması tendensiyası müşahidə olunur: "Lakin problemlər var. Çalışırıq ki, maksimum şəkildə meşələri mühafizə edək. Çəpərləmə aparaq ki, mal-qara otarılmasın və meşələr tez bərpa olsun. Hazırda tendensiya aradan qalxıb, qırılan meşələrdən çox yeni salınan meşələr var. Mən istərdim ki, ağacdan odun kimi istifadə etməsinlər. Bu çox keyfiyyət xammaldır".
Nazir ölkədəki quş ovuna da münaisbət bildirib. O qeyd edib ki, ölkədə quş ovuna icazə verilməsi məsələsi hökumət komissiyasının səlahiyyətindədir. H.Bağırov qeyd edib ki, Xəzər dənizində balıq ovu ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil.
"Beş ölkə Xəzər dənizində yarışa girib. Bu ölkələrin hər birində qanunsuz ovlanma var. Eyni zamanda dənizin imkanları tükənir. Xəzər dənizinə qayğı ilə yanaşmaq bəlkə də gecdir, amma artıq vaxtdır. Hazırda Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı layihə üzərində iş gedir", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB