Azərbaycan prezidentinin yeni il ərəfəsində əfv fərmanı imzalayacağı gözlənilir. SİA-nın xəbərinə görə, bunu ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu baş verərsə, sayca 50-ci əfv fərmanı olacaq.
Ombudsman əfvlə bağlı mütəmadi olaraq məhkumlarla və onların ailə üzvləri görüşdüyünü, müvafiq təkliflər aldığını deyib.
Qeyd edək ki, ombudsman E.Süleymanova bir müddət öncə növbəti əfvlə bağlı Azərbaycan prezidentinə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB