Mədət Quliyev: \"Həbsdə olan sabiq  nazirlər Əli İnsanova və Fərhad Əliyevə cəzaçəkmə müəssisəsində işgəncə verilirmir\"

Mədət Quliyev: \"Həbsdə olan sabiq nazirlər Əli İnsanova və Fərhad Əliyevə cəzaçəkmə müəssisəsində işgəncə verilirmir\"

Qaradağ rayonunda yerləşən açıq tipli cəzaçəkmə müəssisəsindən qaçmağa nail olmuş məhbus artıq tutulub. SİA-nın xəbərinə görə, bunu jurnalsitlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. O bildirib ki, bu gün Azərbaycanda siyasi məhbus yoxdur. O, həmçinin həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova cəzaçəkmə müəssisəsində işgəncə verilməsi barədə yayılan məlumatlara münasibət bildirib. M.Quliyev qeyd eidb ki, nə Əli İnsanova, nə də Fərhad Əliyevə işgəncə verilir.

"Onlar da digər məhkumlar kimi yaşayırlar, onların da durumu digər məhkumların durumu kimidir. Ola bilsin ki, onlar özlərinə imtiyaz istəyirlər. Amma heç bir məhkuma imtiyaz verilmir", - deyə o əlavə edib.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə