Bakı Metropoliteninin bir necə stansiyalarının adları dəyişməsi gözlənilir. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamanı Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib. Onun sözlərinə görə, metronun "İnşaatçılar" və "Ulduz" stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı bir sıra təkliflər var". Tağı Əhmədov "Məşədi Əzizbəyov" stansiyasında yenidənqurma işlərinin dekabrın sonunadək yekunlaşacağını deyib. Stansiyanın yeni adı ilə bağlı bir neçə təklif irəli sürülüb. "Konkret olaraq hansı təklifin qəbul olunacağı barədə qərarı Nazirlər Kabinetinin müvafiq komissiyası qəbul edəcək. Bundan başqa O, gələn ilin sonlarında Bakı Metropolitenində istifadə üçün yeni vaqonların alınmasının nəzərdə tutulduğunu bildirib: "Bununla bağlı Mıtişi zavodu ilə danışıqlar aparılır. Yeni tip vaqonlar "Avtovağzal-Memar Əcəmi" xəttinə buraxılacaq. Bu xəttin 2013-cü ildə istifadəyə verilməsi planlaşdırılır". Metropolitenin rəisi metroda gediş haqlarının artırılmasına da münasibət bildirib: "Qiymətlər Tarif Şurasının qərarı ilə artırılıb. Mən sadəcə icraçıyam. Mən qiymətlərlə bağlı Tarif Şurasına mütəmadi məlumat edirəm. Qiyməti qaldırıb-qaldırmamaq Tarif Şurasının işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB