Nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Küveytdə səfərdədir

Nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Küveytdə səfərdədir
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Küveytdə səfər edib. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya verilən məlumata görə, onlar "Körfəz Müdafiə və Aerospeys" adı altında keçirilən ilk beynəlxalq müdafiə sənayesi sərgisində iştirak eduirlər. Məqsəd "Körfəz Müdafiə və Aerospeys" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir. Üç gün davam edəcək sərgidə Müdafiə Sənayesi Nazirliyi 97 adda müdafiə təyinatlı məmulat göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə