Çində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Çində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, əvvəlcə tədbir iştirakçıları görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevə həsr olunmuş müxtəlif kitablardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov mərasimi açaraq dünya şöhrətli siyasətçinin keçdiyi şərəfli həyat yolundan danışıb. Həmçinin dahi şəxsiyyətin nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında layiqli yer tutduğunu qeyd edən səfir Azərbaycan ilə Çin arasında dərin tarixi köklərə malik dostluq əlaqələrinin inkişafında da ulu öndərin rolunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən məşəqqətli və şərəfli həyat yolundan bəhs ediblər. İştrakçılar həmçinin qeyd ediblər ki, Azərbaycanın hazırkı dövrdə sürətli inkişafının təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə