Noyabrın 1-dən bağlanan Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasında yenidənqurma işləri intensiv sürətlə sona çatdırılmaq üzrədir və bu ayın sonunda açılış olacaq. Bakı Metropoliteninin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmirdən sonra dekabrın axırında təkrar istismara veriləcək \"Məşədi Əzizbəyov\" stansiyasının adı da artıq dəyişdirilib. Təmirdən sonra açılacaq stansiya "Koroğlu"adlandırılacaq. \"Koroğlu\" stansiyası \"İçərişəhər\"dən sonra Bakı Metropoliteninin şüşə konstruksiyalı ikinci stansıyası olacaq. Satansiyanın yerüstü binası pirmida formasında şüşə konstruksiyadan tikilib. Stansiyada aparılan yenidənqurma işləri nəticəsində yeni giriş və çıxışlar tikilib, stansiyaya gedən yeraltı keçidlərin yeri dəyişdirilib, daxili interyer yenilənib, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB