Bakıda Dekabrın 12-14-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Yaşıl texnologiyalar həftəsi" öz işinə başlayır. SİA-nın verdiyi məlumata görə, Azərbaycanda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOS) dəstəyi ilə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin MDB ölkələri, Türkiyə və İran üzrə regional ofisinin təşkilatçılığı ilə təşkil ediləcək tədbirdə iştirak etmək üçün 2009-cu il Nobel mükafatçısı, 2006-ci ildə Volf və 2008-ci ildə YUNESKO-nun "Elmdə qadın" nominasiyasında LOREAL mükafatlarına layiq görülmüş professor xanım Ada Yonat Bakıya gəlib. Qeyd edək ki, Azərbaycana bu ilin sentyabrında iki Nobel mükafatcısı gəlibki, xanım Ada Yonat paytaxt Bakıya gələn ilk qadın Nobel mükafatçısıdır. Xatırladaq ki, "Yaşıl texnologiyalar" həftəsi Dünya Gənclər Bankının regional ofisinin, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirliklərinin, Gənclər Təşkilatları Milli Şurasının, "Sağlam İnkişaf və Maarifləndirmə" və "Demokratik İslahatçı Gənclər" İctimai Birliklərinin və "Bakı Gənclər Klubu"nun dəstəyi ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB