Bu gün müxtəlif prospektlərdə nəqliyyatın hərəkəti məhdudulaşdırılacaq
Ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü mərasimi ilə əlaqədar Bakı şəhərinin bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə SİA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bu bu gün səhər saat 07.00-dan başlayaraq, Fəxri Xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Ziyarət başa çatanadək M. Hüseyn - Teymur Elçin küçələrinin kəsişməsindən, M. Müşfiq küçəsi ilə H. Cavid küçələrinin kəsişməsindən, M. Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. V. Əsədov paytaxt sürücülərini qeyd olunan istiqamətlərdə nəqliyyat vasitələrindən istifadə etməməyə, alternativ yollardan istifadə etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB