Ziya Məmmədov Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Ziya Məmmədov Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Nəqliyyat naziri Ziya Məmmədov Avropa İnvestisiya Bankının vitse-prezidenti cənab Vilhelm Moltererin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq maliyyə institutlarından söz açılıb və Azərbaycanın Avropa İnvestisiya Bankı ilə əlaqələri genişləndirmək niyyətində olduğu vurğulanıb.

Avropa Birliyinin maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək məqsədilə qurulub. Avropa İnvestisiya bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir.

Bankın üzvləri Avropa birliyi (27 dövlət) üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB-in ən əsas hədəfi Avropa Birliyinin inkişafına kömək etməkdir. Bununla yanaşı, Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətraf mühitin qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına yönəlmiş layihələri maliyyə ilə təmin edir. Bank Avropa Birliyinin üzvü olmayan ölkələrə yönəlmiş əməkdaşlıq siyasətinin həyata keçirilməsinə kömək edir. Afrika, Karib ölkələri və Sakit okean ölkələrində, Aralıq dənizi hövzəsində, Orta və Şərqi Avropada, Latın Amerikasında və Asiyada fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə