Aqiyə Naxçıvanlı: “Heydər Əliyev hamımızın həyatında böyük bir iz buraxan şəxsiyyətdir”
"Heydər Əliyev hamımızın həyatında böyük bir iz buraxan şəxsiyyətdir". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı deyib.
A.Naxçıvanlı bildirib ki, bu gün Azərbaycanın hər yerində ulu öndərlə bağlı anım mərasimləri keçirilir: "Biz ümummilli lider Heydər Əliyev haqqında çəkilən \"Heydər Əliyev\" filminin \"Dövlət\" adlı 11-ci seriyasına baxdıq. Çox maraqlı bir film idi. Heydər Əliyev hamı üçün böyük bir insandır. Ona görə də hər zaman qeyd olunur ki, dahi öndər dünyaya sığışmayan bir insandır. Sözsüz ki, ulu öndər haqqında filmlər, yazılar qurtarmayacaq. Nə qədər Azərbaycan var, dahi öndər haqqında bir o qədər filmlər çəkiləcək, kitablar yazılacaq, tədqiqatlar aparılacaq. Ümumiyyətlə, nə qədər Azərbaycan var, Heydər Əliyev irsi də yaşayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB