İsrailin İrana hücumunu dəlilik kimi görürəm. Bunu ən son səhvdi.İran zarafat deyil. SİA-nın türk mətbuata istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Abdulla Gül deyib.
İsrailin İrana ehtimal olunan hücumunu yanacaqdoldurma məntəqəsində odla oynamağa bənzədən Gül deyib ki: "Məncə, bu, çox təhlükəlidir". Rəsmi Tehranın nüvə silahı əldə etməsi barədə yayılan fikirlərə münasibət bildirən prezident qeyd edib ki, kimdə nüvə silah varsa, buna qarşıyıq: "Hələ belə bir şeyi bölgəmizdə heç istəmirik. Təbii ki, İranın nüvə silah düzəldir-düzəltmir, bu barədə bir şey deyə bilmərəm. Dəqiq məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi bildirəcək. Biz qonşumuzda nüvə silah görmək istəmərik. Amma İrana hücum etmək yanacaqdoldurma məntəqəsində odla oynamağa bənzəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB