Şaxta baba evlərə neçəyə gələcək?

Şaxta baba evlərə neçəyə gələcək?

Yeni il dünyanın hər yerində uşaqların ən çox sevdiyi və hədiyyə gözlədiyi bayramdır. Həmin gecə bütün uşaqlar səbirsizliklə Şaxta babanın gəlişini və onlara maraqlı hədiyyələr gətirməsini gözləyirlər. Valideynlər də övladlarını sevindirmək, bu bayramı onlara unudulmaz etmək üçün evlərinə Şaxta baba və Qar qız qonaq edirlər.

Dekabrın 30-da 1 saatlıq Şaxta baba lazımdırsa, bunun üçün 200 manat ödəmək kifayət edir. Amma bayram gecəsi Şaxta baba daha bahadır. Dekabrın 31-i saat 22:00-a qədər olan Şaxta baba 350 manata, saat 00:00 isə 400-450 manata gəlir.


Evlərə dəvət olunan Saxta babalar uşaqları şənləndirmək üçün şer oxuyur, səhnəciklər göstərir və müxtəlif hədiyyələr verir.

Bütün xəbərlər Facebook səhifəmizdə