Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində ayrı-ayrı hərbi hissələrin nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərasim iştirakçıları Heydər Əliyev muzey-lektoriyasının geniş ekspozisiyası ilə tanış olub, ümummilli liderin həyat və xidmətlərini əks etdirən foto və sənədlərə baxıblar.

Mərasim "Heydər Əliyev və ordu quruculuğu" sənədli filminin və "Əbədi Məşəl" ədəbi-bədii-musiqili kompozisiya ilə davam edib. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında ulu öndər haqqında mahnı və şerlər səslənib. Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəsissələrində ümummilli lider Heydər Əliyevin anma mərasimləri keçirilməkdə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə