Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 9-da saat 17.00-dan 17.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa kəndində yerləşən mövqelərimizi, saat 12.10-dan 12.20-dək və 18.50-dən 19.00-dək Ağdam rayonunun Qaraqaşlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən saat 19.30-dan 20.00-dək fasilələrlə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərimizi, saat 21.45-dən 21.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən saat 21.25-dən 22.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərimizi, dekabrın 10-da saat 00.00-dan 00.20-dək və 01.50-dən 02.20-dək Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB