Ay tutulacaq

Bu gün ilin son Ay tutulması baş verəcək. SİA-nın məlumatına görə, prosesi Avropa, Cənubi Afrika, Asiya, Astraliya və Sakit okean bölgəsinin sakinləri izləyəcə biləcəklər. NASA-nın saytında yerləşdirilən məlumata görə, Ay tutulması Qrinviçlə 11.33-dən 17.30-adək (Bakı vaxtı ilə 15.33-dən 21.30-adək) davam edəcək. Bakı vaxtı ilə saat 15.33-də Ay Şimali Amerikada qürubda, Avropada isə doğuşda görünəcək. Qey edək ki, ay tutulmaları il ərzində adətən bir-iki dəfə baş verir. Bu il ilk analoji hadisə iyunun 15-də qeydə alınıb. Bu günkü Ay tutulması ilin son belə hadisəsi olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə