“Psxilogiyada səhv bildiklərimiz” mövzusunda seminar keçiriləcək

Sabah Sumqayıt şəhər Fərdi İnkişaf və Karyera Mərkəzində "Psxilogiyada səhv bildiklərimiz" mövzusunda seminar təşkil olunacaq. Karyera Mərkəzinin rəhbəri Eyvaz Qocayevin SİA-ya verdiyi məlumata görə, seminarın keçirilməsində əsas məqsəd gənclərin bu sferada olan biliklerinin artırılmasıdır. Layihədə mütəxəssis qismində Türkiyə, Avropa və ABŞ-da təhsil almış və xüsusi kurslar keçmiş azərbaycanlı psixoterapevt, nevropsixoloq, klinik psixoloqlar ve psixoloqlar iştirak edəcək. Seminarda ekspert qismində həmçinin İstanbul universitetinin doktoru, "MEMORIA" Global Health Group və onun nəzdində fəaliyyət göstərən Cinsi sağlamlıq ve Nevropsixologiya mərkəzlərinin rəhbəri Dr.Firdovsi Əliyev olacaq. Qeyd edək ki, "Psixilogiyada səhv bildiklərimiz" layihə çərçivəsində həyata keçirilən ilk seminardır.

Bütün xəbərlər Facebook səhifəmizdə