Ağdamın Yüzbaşılı kəndinin sakinləri torpaq bölgüsünün düz aparılmadığını iddia edirlər.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ağdamlı fermerlərin uzun illərdi ki, əkib becərdiyi torpaqlar dəyişdirilir.
Ağdamda bir qrup kəndli pay torpaqların haqsız bölgüsündən şikayətlənirlər. Belə ki, 12 il bundan əvvəl sakinlərə verilən pay torpaqlarda yenidən bölgü aparılır. Sakinlərin əsas narazılığı yeni verilən torpaqların uzaq ərazilərdə yerləşməsi və təsərrüfat üçün əlverişli olmamasıdır.
Təsərrüfatla məşğul olan kəndlilərin sözlərinə görə, bu günə qədər istifadə etdikləri torpaqlarda əkin sahələrinin suvarılması üçün öz şəxsi vəsaitləri hesabına subartezan quyuları da qazıblar. Yeni paylanan torpaq sahələrində su olmadığından həmin su quyularının dəyişdirilməsi qeyri mümkündür.
Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, ərazidə məcburi köçkünlər cox olduğundan, sakinlərin bu günə qədər istifadə etdikləri torpaq sahələri 1999-cu ildə qeyri-qanuni olaraq şərti bölüşdürülüb. Bu gün həmin torpaq sahələrində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən islahatlar aparılaraq qanuni şəkildə bölüşdürülür.
Qeyd edək ki, kənd camaatının əsas məşğuliyyəti təsərrüfat olduğundan yeganə qazancı da əkin-biçindir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB