Siyavuş Novruzov: \"Siyasi partiyalar haqqında qanun yaxın vaxtlarda qəbul ediləcək\"

Siyavuş Novruzov: \"Siyasi partiyalar haqqında qanun yaxın vaxtlarda qəbul ediləcək\"

Seçkilərdə səslərin 3 faizini toplayan siyasi partiyalar parlamentdə qazandığı yerlərin sayına əsasən iki şkala əsasında dövlət büdcəsindən maliyyələşəcək. SİA-nın xəbərinə görə, bunu deyən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, siyasi partiyalar haqqında qanunda ciddi dəyişiklər aparılıb və Venesiya Komissiyasına təqdim edilib. Komissiyada baxıldıqdan sonra müsbət rəy alındığını deyən millət vəkili vurğulayıb ki, partiyaların yaranması, formalaşması, fəaliyyət istiqaməti və dövlət büdcəsindən maliyyələşməsi kimi məsələlər qanun layihəsində öz əksini tapıb. Onun sözlərinə görə, yaxın vaxtlarda siyasi partiyalar haqqında qanun qəbul ediləcək.

"Bundan sonra növbəti mərhələ dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsidir. Orada belə bir müddəa var ki, seçkilərdə iştirak edən zaman seçicilərin 3% səsini toplayan bilməyən siyasi partiya dövlət büdcəsindən maliyyələşə bilməz. Bu da dünya praktikasında mövcuddur və prinsip birdir. Partiyanın funksiyası seçkidə iştirak etməkdir. Əgər kimsə başqa işlə məşğul olmaq istəyirsə, gedib qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçə bilər", - deyə S.Novruzov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə